cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Millimizin üzvü sonadək meydanda olub

05.10.2020 11:06 Oxundu 409


Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
 
“CEMPİON.AZ” xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” bu turda səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Bu görüşdə qonaq komanda 2:3 hesabı ilə uduzub.
 
Paşayev də matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Aleksandriya” 5 turdan sonra 6 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.