cümə, 08 avqust 2025

DİGƏR NÖVLƏR

Dünya çempionatında kütləvi dava olub

05.10.2020 11:20 Oxundu 448

İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında kütləvi dava baş verib. 

“CEMPİON.AZ” xəbər verir ki, final yürüşünün gedişində Luka Korberi 15-ci yer uğrunda Paolo İppolito ilə mübarizə aparıb. Onların maşınlarının bir-birinə təması nəticəsində Korberi yarışdan kənarlaşıb. Bundan qəzəblənən idmançı növbəti dövrədə İppolitonu gözləyərək, onun maşınını vurub. 

Finişin ardından Korberi qapalı parka keçərək, rəqibinə hücum edib və onu yumruqlayıb. İtaliyalı pilotun köməyinə daha bir neçə nəfər gəlib. Yalnız ciddi cəhdlərdən sonra onu və tərəfdarlarını sakitləşdirmək mümkün olub.