05.10.2020 11:49
464


“Barselona” bu gün iki yeni transferini gercəkləşdirə bilər.
“CEMPİON.AZ” İtaliya mətbuatına istinadən xəbər verir ki, “Lion”un hücumçusu Memfis Depay və “Mançester Siti”nin müdafiəçisi Erik Qarsiya bu gün Kataloniya klubunda tibbi müayinədən keçəcək.
“Barselona”nın Depay üçün 25, Qarsiya üçün isə 15 milyon avro ödəyəcəyi bildirilib. İspaniyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanacağı da qeyd olunub.
Memfis Depay 2017-ci ildə “Mançester Yunayted”dən “Lion”a keçib. “Barselona”nın yetirməsi olan Qarsiya isə 2016-cı ildən “Siti”də oynayır.