şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul”un qapıçısı zədələnib

05.10.2020 14:10 Oxundu 465



"Liverpul” qapıçısı Alisson Bekkerin xidmətindən məhrum olub.

“CEMPİON.AZ” xəbər verir ki, braziliyalı qolkiper çiynindən zədələndiyi üçün ötən gecə “Aston Villa” ilə oyunu buraxıb.

Komandanın baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında bildirib ki, Alisson oyundan bir gün əvvəl məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb. Alman mütəxəssis milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə müddətində futbolçunun sağalacağına ümid etdiyini vurğulayıb.

28 yaşlı qapıçı Braziliya yığmasının heyətində Boliviya və Peru ilə DÇ-2022-nin seçmə mərhələ oyunlarını buraxmalı olacaq.