05.10.2020 14:15
420

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Makkabi”də (Təl-Əviv) koronavirusa yoluxma aşkarlanıb.
“CEMPİON.AZ” xəbər verir ki, bu haqda klubun sayı məlumat yayıb.
Bütün futbolçulardan götürülən test nümunələrinin nəticəsi neqativ çıxsa da, klub əməkdaşlarından 1-nin virusa yoluxduğu məlum olub. Sözügedən şəxs dərhal karantinə alınıb.
Qeyd edək ki, “Qarabağ” 22 oktyabr Avropa Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Makkabi” ilə qarşılaşacaq. Komandalar arasında ikinci görüş 3 dekabr Bakıda keçiriləcək.