05.10.2020 14:23
567

PSJ heyətinə daha bir futbolçu cəlb edib.
“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Portu"dan Danilo Pereyranı icarəyə götürüb.
Portuqaliyalı futbolçu 2020-2021 mövsümünü Paris klubunda keçirəcək. PSJ-nin Danilonu satın alma hüququ da var.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-ci ildə "Maritimo"dan "Portu"ya keçib.