şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Kipr millisinə yeni futbolçu çağrılıb

05.10.2020 14:50 Oxundu 438



Millətlər Liqasının 4-cü turunda Azərbaycanla qarşılaşacaq Kipr yığmasına yeni oyunçu cəlb olunub.

“CEMPİON.AZ” Kipr Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, AEK (Larnaka) klubunun müdafiəçisi Tomas İoannu komandaya qoşulub.

25 yaşlı futbolçu yığmaya gəlməkdən imtina edən İngiltərənin "Nottingem Forest" klubunun futbolçusu Nikolas İoannunu əvəzləyib.

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiya, 10-da Lüksemburq, 13-də isə Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək. Yığmamızla qarşılaşma saat 20:00-da start götürəcək.