şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Yaroslav Kentoş: “Onlar topla yaxşı oynayır”

05.10.2020 14:59 Oxundu 494



“Bizi Azərbaycan yığması kimi güclü rəqib gözləyir”. 

“CEMPİON.AZ” xəbər verir ki, bunu Slovakiya U-21 millisinin baş məşqçisi Yaroslav Kentoş deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oktyabrın 8-də keçiriləcək matçı barədə fikirlərini açıqlayıb. Kentoş millimizin güclü rəqib olduğunu bildirib: “Bu komanda müdafiədə çox yaxşı təşkil olunub. Azərbaycan millisinin hücumda bacarıqlı futbolçuları var. Onlar topla yaxşı oynayır, həmçinin digər fərdi texniki keyfiyyətlərə malikdir”.

Qeyd edək ki, oktyabrın 8-də baş tutacaq Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.