şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted”dən yeni transfer

05.10.2020 17:31 Oxundu 492


“Portu”nun futbolçusu Aleks Telles karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
 
“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı oyunçunun keçidi üçün razılıq əldə olunub.
 
27 yaşlı müdafiəçinin bu gün tibbi müayinədən keçəcəyi və onunla 4+1 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Aleks Telles 2016-cı ildən “Portu”da çxış edir. O, "Portu"dan başqa "Yuventus", "Qremio", "Qalatasaray" və "Milan"da da çıxış edib.