şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Qara Qarayev orduya maddi dəstək oldu

05.10.2020 16:52 Oxundu 523


Millinin və “Qarabağ”ın üzvü Qara Qarayev Silahlı Qüvvələrə Yardım Fonduna yardım edib.

“CEMPİON.AZ” xəbər verir ki, 28 yaşlı futbolçu fonda 10 min manat köçürüb.

Qeyd edək ki, daha əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov fonda 50 min, millimizin və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə 10 min manat pul köçürüb.
Əlavə edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.