06.10.2020 11:16
460

"Arsenal" "Atletiko"nun futboloçusu Tomas Partini transfer edib.
“CEMPİON.AZ” London klubunun saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. "Arsenal" bu transfer üçün qanalı oyunçunun təzminat qiyməti olan 50 milyon avro ödəyib. O, yeni klubunda 18 nömrəli forma geyinəcək.
Qeyd edək ki, T.Parti ötən mövsüm Madrid təmsilçisində 46 matçda 4 qol vurub, 1 qolun ötürməsini verib.