cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

“Barsa”da ciddi itki

06.10.2020 11:22 Oxundu 503



"Barselona"nın futbolçusu Jordi Alba zədələnib.

“CEMPİON.AZ” klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, ispan müdafiəçi La Liqanın 5-ci turunda "Sevilya" ilə matçda (1:1) sağ ayağının bud nahiyəsindən zədə alıb. Onun bərpa müddəti barədə məlumat verilməyib.

İspaniya mətbuatı Albanın La Liqada oktyabrın 25-i keçiriləcək "Real"la görüşü buraxa biləcəyini yazıb.