06.10.2020 12:20
456

Braziliyalı futbolçu Rafael Koutinyo qəfildən vəfat edib. 36 yaşlı yarımmüdafiəçi oktyabrın 4-də ölüb.
“CEMPİON.AZ” “Globoesporte” istinadən xəbər verir ki, idmançı həyat yoldaşı ilə birlikdə restoranda olarkən səhhəti pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, oyunçunun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından keçinib.
Koutinyo 2003-2007-ci illərdə “Vasco Da Gama” klubunda çıxışları ilə tanınıb.
2018-ci ilin dekabrından braziliyalı futbolçu sərbəst agent statusunda idi.