06.10.2020 12:28
406


“Yuventus” heyətinə daha bir futbolçu cəlb edib.
“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Kyezanın iki mövsümlük icarəyə götürüb. Razılığa əsasən, "Yuventus" oyunçunun icarə müqaviləsi başa çatdıqdan sonra 40 milyon avro ödəyərək onu birdəfəlik almaq hüququna malikdir.
Qeyd edək ki, F.Kyeza bu mövsüm A seriyasında 3 matçda 1 qol vurub və eyni sayda qolun ötürməsini verib.