şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Bavariya” müdafiəçi ilə güclənib

06.10.2020 12:46 Oxundu 435



“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.

“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi “Marsel”dən Buna Sarrı transfer edib. 28 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildən “Marsel”də oynayan Buna Sarri ötən mövsüm Liqa 1-də 27 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.