
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Makkabi” (İsrail) daha bir transfer edib.
“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, Təl Əviv təmsilçisi Luis Hernandesi heyətinı qatıb. İspan müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Ötən mövsümü "Malaqa"da keçirən 31 yaşlı oyunçu "Makkabi"yə azad agent kimi keçib.
O, klubun saytına transferi ilə bağlı deyib: "Xuan Pablo Kollinas və Xose Rodriqesdən çox eşitdiyim bir klub olan "Makkabi"yə qoşulmağım üçün xoşbəxtəm. Avropa Liqasının qrup mərhələsini və titullar uğrunda mübarizə aparmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, ən qısa zamanda "Makkabi azarkeşlərini stadionda görəcəyəm".
Qeyd edək ki, L.Hernandes "Real"ın akademiyasının yetirməsidir.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının İ qrupunda “Makkabi” ilə yanaşı, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq.