06.10.2020 13:28
432

İtaliya A Seriyasının prezidenti Paolo Dal Pino koronavirusa yoluxub.
“CEMPİON.AZ” “La Repubblica” xəbər verir ki, 58 yaşlı mütəxəssisdən götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Dal Pinonun artıq ev şəraitində karantinə alındığı və müalicəsinə başlanıldığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl İtaliya Səhiyyə nazirinin müavini Sandra Zampa “Cenoa”da 14 şəxsin virusa yoluxmasından sonra ölkədə futbol çempionatlarının dayanmasını təklif etmişdi.