cümə, 27 mart 2026

BİZİM FUTBOL

“Qarabağ” braziliyalı futbolçu transfer etmək istəyir

06.10.2020 13:58 Oxundu 582



Birləşmiş Ərəb Əmirliklərinun "Xor Fakkan" klubunun futbolçusu Bruno Lamas "Qarabağ"dan təklif alıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə  26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında bildirib.

Braziliyalı oyunçu Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliya "Leyşoynş"unda oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.

Qeyd edək ki, B.Lamasın hazırkı klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.