şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Real” 1980-ci ildən sonra ilk dəfə…

06.10.2020 14:06 Oxundu 465



“Real” son 40 ildə ilk dəfə yay transfer pəncərəsində yeni futbolçu almayıb.

“CEMPİON.AZ” AS-a istinadən xəbər verir ki, “kral klubu”nun icarədə olan oyunçularından qapıçı Andrei Lunin (“Ovideo”), müdafiəçi Alvaro Odriosola (“Bavariya”) və yarımmüdafiəçi Martin Edeqor (Real Soysedad”) komandaya geri qayıdıb. Lakin İspaniya təmsilçisi yeni  futbolçu transfer etməyib.

Klub son dəfə 1980-ci ilin yay transfer pəncərəsində oyunçu almayıb.

Qeyd edək ki, “Real” ötən mövsüm “Barselona”nı 5 xal qabaqlayaraq, 87 xalla La Liqanın çempionu olub. Yeni mövsümdə aktivində 10 xalı olan komanda turnir cədvəlinə başçılıq edir.