şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Şakiri koronavirusa yoluxub

06.10.2020 14:31 Oxundu 465



İsveçrə millisinin və “Liverpul”un futbolçusu Xerdan Şakiri koronavirusa yoluxub.

“CEMPİON.AZ” xəbər verir ki, bu haqda İsveçrə Futbol Federasiyasının saytı məlumat yayıb.  28 yaşlı yarımmüdafiəçidən test nümunələri götürüldüyü və nəticələrin müsbət çıxdığı bildirilib. Oyunçu artıq karantinə alınıb.

Şaqiri Tiaqo Alkantara və Sadio Manedən sonra “Liverpul”un COVİD-19-a yoluxmuş 3-cü futbolçusudur.

Qeyd edək ki, X.Şakiri İsveçrə millisinin oktyabrın 7-də Xorvatiya ilə yoldaşlıq görüşünü, Millətlər Liqasında isə 10 oktyabr İspaniya və 13 oktyabr Almaniya yığması ilə matçları buraxacaq.