cümə, 27 mart 2026

BİZİM FUTBOL

Millimizin üzvü karantinə alındı

06.10.2020 14:48 Oxundu 512



Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sının bir neçə futbolçusunda koronavirus aşkarlanıb. 

“CEMPİON.AZ” xəbər verir ki, klub test nəticələri müsbət çıxan oyunçuların adlarını açıqlamayıb. "Aleksandriya" əsas komandanın təcrid edildiyini bəyan edib. 

Klubun məşqçiləri və işçiləri təcili testdən keçəcəklər. 

Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir.