şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

AFFA klubları cəzalandırdı

06.10.2020 18:32 Oxundu 423



AFFA İntizam Komitəsinin iclasında Premyer Liqanın V turunda baş verənlərlə bağlı qərarlar qəbul edilib.

“CEMPİON.AZ” qurumun saytına istinadən xəbər verir ki, səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyi matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün "Keşlə" klubu 800 manat cərimələnib.

"Sumqayıt"la 1:1 heç-heçə etdikləri görüşdə 5 oyunçusu sarı vərəqə ilə cəzalandırılmış "Qəbələ" 800 manat ziyana düşüb.

"Zirə" isə bu məbləğin 3 qatını ödəməli olacaq. Buna səbəb kollektivin 4 oyunçusunun "Neftçi"ni 1:0 hesabı ilə yendikləri görüşdə sarı vərəqə alması, komandanın stadiona gec gəlməsi, və ehtiyat qapısının standartlara uyğun olmamasıdır.