şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Futbolçular Ermənistandan qaçırlar

13.10.2020 18:59 Oxundu 511




Ermənistanın “Lori” klubunun panamalı futbolçuları Manuel Varqas və Karlos Qutyerresin ölkədən qaçıblar.

“CEMPİON.AZ”  xəbər verir ki, buna Dağlıq Qarabağda baş verən hadisələr səbəb olub.  Həmin oyunçular artıq Ermənistandan qaçdıqları bildirilib.

Varqasla Qutyerres ötən gecə Panamanın Meksikadakı səfirinin köməkliyi ilə bu ölkəyə yollanıblar. Səfir Alfredo Oranqes onları hava limanında qarşılayıb və   futbolçular sabah doğma vətənlərinə gedəcəklər.

Qeyd edək ki, həm Manuel Varqas, həm də Karlos Qutyerres “Lori”yə ötən ay keçmişdi.