şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Azərbaycan – Kipr oyunu Albaniyada keçiriləcək

06.10.2020 20:56 Oxundu 619


Millətlər Liqasının 4-cü turunun Azərbaycan - Kipr oyununun hazırda Qarabağda gedən müharibə səbəbindən Bakıda keçirilməyəcəyi dəqiqləşib.

“CEMPİON.AZ” Kipr Futbol Assosiasiyasınnın saytına istinadən xəbər verir ki, oyun Albaniyada olacaq. Qarşılaşma Elbasan şəhər stadionunda keçiriləcək.
Oktyabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı. Amma Dağlıq Qarabağdakı hadisələr səbəbindən matç başa ölkəyə keçirilib.