şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Real”ın ukraynalı qapıçısı koronavirusa yoluxub

06.10.2020 21:51 Oxundu 524



Ukrayna millisinin və "Real"ın qapıçısı Andrey Lunin koronavirusa yoluxub. 

“CEMPİON.AZ” Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onunla yanaşı, yığmanın "Aleksandriya"da çıxış edən digər üzvü Yuri Pankovun testi də müsbət çıxıb.

Bundan əlavə, komandanın aşpazı da koronavirusa yoluxub. Onların hər üçü karantinə alınıb. 

Qeyd edək ki, Ukrayna millisi oktyabrın 7-də Fransa ilə yoldaşlıq oyunu keçirəcək. Komanda Millətlər Liqasında oktyabrın 10-da Almaniya, oktyabrın 13-də İspaniya ilə üz-üzə gələcək.