şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Barsa”dan “Benfika”ya keçdi

06.10.2020 22:11 Oxundu 467


“Barselona” müdafiəçisi Jan-Kler Todibonu icarəyə göndərib.

“CEMPİON.AZ” xəbər verir ki, 20 yaşlı futbolçu qarşıdakı iki il ərzində Portuqaliyanın “Benfika” klubunda çıxış edəcək.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliya klubu bu keçid üçün Kataloniya təmsilçisinə 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Barselona” Todibonu 2019-cu ilin yanvarında Fransanın “Tuluza” klubundan transfer edib. Ötən mövsüm “Şalke”də icarədə olan fransız futbolçu “Barselona”da cəmi 5 matç keçirib.