şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted” gənc futbolçu transfer etdi

07.10.2020 00:07 Oxundu 450



“Mançester Yunayted” heyətini yeni futbolçuyla gücləndirib.

“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” Uruqvay “Penyarol”ından Fakundo Pellistrini transfer edib. 18 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı “Mançester Yunayted”in bu transfer üçün qarşı tərəfə 8,5 milyon avro ödədiyini bildirir.