şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Fənərbaxça”nın futbolçusu koronavirusa yoluxdu

07.10.2020 02:34 Oxundu 457



"Fənərbaxça"nın futbolçusu Nabil Dirar koronavirusa yoluxub.

“CEMPİON.AZ” xəbər verir ki, ondan Mərakeş millisinin düşərgəsində olduğu zaman götürülən test nümanəsi müsbət çıxıb. Bu barədə Mərakeş Futbol Federasiyasının saytı məlumat yayıb.

Koronavirus səbəbindən 34 yaşlı yarımmüdafiəçi millinin heyətindən çıxarılıb. Onun əvəzinə yığmaya "Nyukasl"dan Aşraf Lazar çağırılıb.