şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Mario Götze PSV-də

07.10.2020 12:07 Oxundu 479



"Borrusiya"dan (Dortmund) ayrılan Mario Götze karyerasını PSV-də (Niderland) davam etdirəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bu haqda Niderland klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin komandaya azad agent kimi keçdiyi və onunla 2 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Götze geridə qalan mövsüm Budesliqada 15 matça çıxaraq, 3 qol vurub. 2010-2017-ci illərdə isə Almaniya millisində forma geyinmiş futbolçu yığmanın heyətində 63 oyun keçirib və 17 qol vurub.