şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Argentinalı futbolçu “Fiorentina”da

07.10.2020 13:24 Oxundu 485

 
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçularla gücləndirib.

“CEMPİON.AZ” klubun rsəmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi ispan hücumçu Xose Kalyexon və argentinalı müdafiəçi Lukas Martines Kuartanı transfer edib.

Son yeddi mövsümü “Napoli”də keçirmiş Kalyexon yeni klubuna azad agent kimi keçib. 33 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb. Madrid “Real”ının yetirməsi olan Kalyexon, karyerası ərzində bu komandadan başqa “Espanyol”da da çıxış edib. 2013-cü ildən “Napoli”də olan futbolçu, bu komandada 349 oyunaa çıxıb, 82 qol vurub, 78 məhsuldar ötürmə edib. 

Martines Kuarta “Fiorentina” ilə 5 illik müqaviləyə imza atıb. 24 yaşlı futbolçu “River Pleyt”in yetirməsidir. O, ötən ildən Argentina yığmasına da dəvət alır.