07.10.2020 14:07
442

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” klubu növbəti transferini həyata keçirib.
“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi “Bidvest Uits”dən (Cənubi Afrika Respublikası) Rouen Hümanı transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu oktyabrın 22-də səfərdə “Makkabi”yə qarşı keçirəcək.