şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Millimizin rəqibləri yoldaşlıq görüşü keçirəcələr

07.10.2020 15:18 Oxundu 460



Bu gün bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçirəcək. 

“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən Lüksemburqun, Kiprin və Monteneqronun da matçı olacaq. Onlar müvafiq olaraq Lixtenşteyn, Çexiya və Latviyanı qəbul edəcəklər. 

2021-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının A qrupunda mübarizə aparacaq Türkiyə millisi Almaniyanın qonağı olacaq. Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya və İspaniya komandaları üz-üzə gələcək. 

Son dünya çempionu Fransa Ukraynanı qəbul edəcək. Avropanın digər nəhəng komandalarından İtaliya Moldovanı, Niderland Meksikanı sınağa çəkəcək. 

Yoldaşlıq görüşləri: 

20:00. Kipr - Çexiya

20:00. Monteneqro - Latviya

22:15. Lüksemburq - Lixtenşteyn

22:45. Almaniya - Türkiyə 

22:45. İtaliya - Moldova

22:45. Niderland - Meksika

22:45. Polşa - Finlandiya

22:45. Portuqaliya - İspaniya

22:45. İsveçrə - Xorvatiya

23:00. Fransa - Ukrayna