

“Milan” İbrahimoviçin komandaya gəlişindən sonra möhtəşəm oyun sərgiləyən Türkiyə millisinin ulduz futbolçusu Halkan Çalhanoğlu ilə müqavilə müddətini uzatmaq qərarına gəlib. Yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.
Koronavirus pandemiyasından sonra sərgilədiyi futbolla “Milan”ın ən önəmli parçası halına gələn Halkan Çalhanoğlu müqavilə müddətini uzatmağa nail olub.
“Rossoneri” ötən mövsümün ikinci yarısında göstərdiyi üstün oyunu bu mövsümdə də təkrarlayan və komandaya UEFA Avropa Liqi pley-off matçalarında 4 qol, 2 asistlə köməklik edən türk futbolçunu daha 3 il heyətində saxlamaq qərarına gəlib.
“CEMPİON.AZ” “La Gazzett dello Sport”a istinadən xəbər verir ki, “Milan” 2021-ci ildə müqavilə vaxtı başa çatan Halkan Çalhanoğlu və Gianluigi Donnarumma ilə 3 illik yeni müqavilə imzalamaq üçün hərəkətə keçib. Milanlılar milli komandaların oyunları bitdikdən sonra hər iki futbolçu ilə də görüşəcək və qısa zaman ərzində ulduz oyunçularla müqaviləni yeniləyəcək.