şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Monteneqro millisinin bir futbolçusu koronavirusa yoluxub

07.10.2020 16:58 Oxundu 403



Millətlər Liqasının 3-cü turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının heyətində koronavirus aşkarlanıb.

“CEMPİON.AZ” Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bir futbolçunun testi müsbət çıxıb.

Bundan əlavə, U-21 millisinin bir oyunçusunun da infeksiyaya yoluxduğu bildirilib. Hər iki futbolçu kollektivdən kənarlaşdırılaraq karantinə alınıb.

Qeyd edək ki, Monteneqro millisi ilə Azərbaycan arasında oyun oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.