şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Barsa” Suaresi PSJ-ə satmaqdan imtina edib

07.10.2020 20:46 Oxundu 472



"Atletiko"nun futbolçusu Luis Suares son transfer pəncərəsində PSJ-yə keçməkdən imtina edib.

“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, uruqvaylı hücumçunun sabiq klubu "Barselona"dan ayrılacağı dəqiqləşdikdən sonra Paris təmsilçisi uruqvaylı hücumçu ilə danışıqlar aparıb. Ancaq Kataloniya klubu onu PSJ-yə satmaq istəməyib. Suaresin özü də La Liqada qalmağa üstünlük verib. Buna görə də o, Paris təmsilçisinə yox, "Atletiko"ya transfer olunub.

Qeyd edək ki, 33 yaşlı oyunçu ötən ay Madrid təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.