şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Kavani 2 həftəlik karantinə alınıb

07.10.2020 22:27 Oxundu 441



"Mançester Yunayted"in yeni transferi Edinson Kavani İngiltərə Premyer Liqasının 5-ci turunda oktyabrın 17-i keçiriləcək "Nyukasl"la görüşdə oynaya bilməyəcək.

“CEMPİON.AZ” "Sky Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İngiltərəyə köçdüyü üçün koronavirus səbəbindən 2 həftəlik müddətinə karantindədir. Ancaq uruqvaylı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ ilə görüşdə baş məşqçisi Ule-Qunnar Sulşer şans verəcəyi təqdirdə, yeni klubunda debüt edə biləcək.

Qeyd edək ki, PSJ - "Mançester Yunayted" oyunu oktyabrın 20-i keçiriləcək.

Xatırladaq ki, PSJ-dən ayrılan Kavani "MY" ilə 1+1 illik müqavilə imzalayıb.