şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Kipr Çexiya ilə bacarmadı

07.10.2020 23:17 Oxundu 453


Millimizin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığması yoxlama oyunu keçirib.

“CEMPİON.AZ” xəbər verir ki, komanda Larnaka şəhərində "AEK-Arena"da Çexiyanı qəbul edib və 1:2 hesabı ilə uduzub.

Kipr - Çexiya - 1:2
Qollar: Holes, 13 (0:1), Loyzu, 32 (1:1), Darida, 43-pen (1:2)

Qeyd edək ki, Kipr UEFA Millətlər Liqasında oktyabrın 10-da Lüksemburq, 13-də isə Azərbaycan millisi ilə üz-üzə gələcək.