şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Suaresin əvəzləyicisi məlum oldu

08.10.2020 08:46 Oxundu 476



“Barselona” 2020/21 mövsümündə futbolçuların çıxış edəcəyi forma nömrələrini təqdim edib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Siyahıda komandanın yeni “9” nömrəsinin kimliyi də göstərilib. Bir müddət öncə Madrid “Atletiko”suna transfer olunan uruqvaylı hücumçu Luis Suaresə məxsus olan “9” nömrəli formanı bundan sonra danimarkalı hücumçu Martin Breytveyt daşıyacaq.

29 yaşlı futbolçu bundan əvvəl 19 nömrəli forma altında çıxış edirdi.