şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Millimizin rəqibləri yoldaşlıq görüşü keçiriblər

08.10.2020 10:05 Oxundu 438



Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan komandalar yoldaşlıq görüşləri keçiriblər.

“CEMPİON.AZ” xəbər verir ki, Monteneqro yığması evdə Latviya ilə heç-heçə edib - 1:1. 90+1-ci dəqiqədə İqor İvanoviç Monteneqronu məğlubiyyətdən xilas edib.

Kipr evdə Çexiyaya məğlub olub - 1:2. Ada təmsilçisinin yeganə qolunu 32-ci dəqiqədə Loizos Loiz vurub.

Lüksemburq isə evdə Lixtenşteynə eyni hesabla uduzub. Meydan sahiblərinin təsəlli qolunu 72-ci dəqiqədə Gerson Rodriges  vurub.

Qeyd edək ki, oktyabrın 10-da Monteneqronun qonağı olacaq Azərbaycan millisi oktyabrın 13-də Albaniyada Kipri qəbul edəcək.