08.10.2020 12:13
457


“Arsenal” futbolçuları Məsut Özil və Sokratis Papastatopulosu Avropa Liqasının oyunlarına sifariş etməyib.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə ingilis jurnalist Ceyms Benj özünün Tvitter səhifəsində məlumat verib. Bunun səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, Avroliqanın qrupundan “Arsenal”ın rəqibləri “Rapid”, “Molde” və “Dandolk”dur.