şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Pley-off öncəsi millinin 3 futbolçusu koronavirusa yoluxub

08.10.2020 12:37 Oxundu 439



Şotlandiya milli komandasının üç futbolçusu - Stüart Armstronq (“Sauthempton”), Kiran Tirni (“Arsenal”) və Rayan Kristi (“Seltik”) koronavirusa yoluxub.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyası məlumat yayıb. Onların millinin təlim-məşq toplanışı zamanı verdikləri COVİD-19 testinin nəticəsi müsbət olub. Hər üç futbolçu 14 günlük karantinə alınıb.

Beləliklə, adları çəkilən futbolçular “Avro-2020”nin pley-off mərhələsinin bu gün İsrailə qarşı görüşünü, eləcə də Millətlər Liqasının Slovakiya və Çexiya ilə qarşıdakı matçlarını buraxmalı olacaqlar.