şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Modriç “Real”dan getmək istəmir

08.10.2020 12:50 Oxundu 527


"Real"ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubunda oynamağa davam etmək istəyir.

“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir, xorvat yarımmüdafiəçi 2021-ci il bitəcək müqaviləsinin yenilənməsində israrlıdır. Bunun üçün 35 yaşlı oyunçunun maaşın azaldılmasına razı olduğu vurğulanıb.
Bildirilib ki, Modriç və ailəsi Madriddə yaşamaqdan məmnundurlar. Oyunçu eyni zamanda "Real"da hələ də ən yüksək səviyyədə çıxış edə biləcəyinə inanır.

Qeyd edək ki, Modriç "Real"da 9-cu mövsümünü keçirir.