şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Tibo Kurtua millidən kənarlaşdırılıb

08.10.2020 15:27 Oxundu 639



İspaniyanın "Real Madrid" klubunun qapçısı Tibo Kurtua Belçika millisinin düşərgəsindən ayrılıb.

“CEMPİON.AZ” Belçika yığmasının rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, tibbi müayinədən sonra 28 yaşlı qolkiperin fiziki cəhətdən hazır olmadığı üzə çıxıb. 

Kurtua sentyabrda koronavirus şübhəsi ilə UEFA Millətlər Liqasının matçlarını buraxıb.

Qeyd edək ki, Belçika oktyabrın 11-də Millətlər Liqasında İngiltərənin, 3 gün sonra isə İslandiyanın qonağı olacaq.