şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

İngiltərə millisinin 3 futbolçusu heyətdən kənarlaşdırıldı

08.10.2020 17:43 Oxundu 417


İngiltərə millisinin heyətində dəyişiklik edilib.

“CEMPİON.AZ” xəbər verir ki, 3 futbolçu bu gün Uelsə qarşı keçiriləcək yoldaşlıq görüşünün iştirak ərizəsindən çıxarılıb.
Bunlar müdafiəçi Ben Kiluell və hücumçular Ceydon Sanço ilə Temmi Abrahamdır. Maraqlıdır ki, onların yığmadan kənarda qalmasının səbəbi koronavirus pandemiyası ilə bağlı tətbiq edilən qaydaları pozmalarıdır. Baş məşqçi Qaret Sautqeyt hər üç oyunçunu Uelslə görüşdə meydana buraxmayacaq.
Qeyd edək ki, İngiltərə yığması Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Belçikanı, 14-də isə Danimarkanı qəbul edəcək.