cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

“Liverpul” dünya çempionu transfer edib

08.10.2020 21:38 Oxundu 453



"Liverpul" heyətinə yeni futbolçu cəlb edib.

“CEMPİON.AZ”  klubun rəsmi saytına istinadən xəbər verir ki, Braziliya "Fluminense"sinin qapıçısı Marselo Pitaluqa ilə müqavilə bağlanılıb.

18 yaşlı qolkiperlə imzalanan sözləşmənin detalları açıqlanmayıb. Bu transfer üçün "Liverpul"un qarşı tərəfə 750 min avro ödədiyi bildirilib.

Qeyd edək ki, Marselo Pitaluqa 2019-cu ildə Braziliyanın U-17 komandası ilə dünya çempionu olub.