08.10.2020 22:08
443

"Milan"ın futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.
“CEMPİON.AZ” "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.
Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. Futbolçuların tam sağalmadığı üçün A Seriyasının 4-cü turunda "İnter"lə matçı buraxmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "İnter" - "Milan" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.