şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Messi qol vurdu, Argentina qələbə qazandı

09.10.2020 10:48 Oxundu 477



Argentina yığması "DÇ-2022"nin seçmə mərhələsinin birinci turunda Ekvador komandasını qəbul edib. 

“CEMPİON.AZ” xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 13-cü dəqiqədə penalti zərbəsi ilə kapitan Lionel Messi vurub.

Argentina yığması növbəti matçda səfərdə Boliviya ilə qarşılaşacaq. Ekvador isə Uruqvay yığmasını qəbul edəcək.