şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

UEFA millimizin oyunu ilə bağlı dəyişiklik eləyib

09.10.2020 11:14 Oxundu 488



Millətlər Liqasının Monteneqro – Azərbaycan matçının hakim-inspektoru dəyişdirilib.

“CEMPİON.AZ” xəbər verir ki, sabah C liqasında keçiriləcək görüşdə bu vəzifəni avstriyalı Stefan Messner yerinə yetirəcək.

Daha öncə UEFA oyuna hakim-inspektor kimi erməni əsilli, fransalı Paskal Qaribyanı təyin etmişdi. Lakin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərə görə o, Stefanla əvəzlənib.

Bundan əvvəl Lüksemburq – Kipr matçına təyinat alan Messnerlə Monteneqro – Azərbaycan görüşündə iştirak etməli olan Qaribyanın yerləri dəyişdirib.

Qeyd edək ki, sabah Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.