09.10.2020 11:36
457


“Neftçi”nin maraq dairəsində olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Martin Raynov gələcək karyerası ilə bağlı qərarını verib.
“CEMPİON.AZ” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ölkəsində qalacaq.
“Levski” (Sofiya) klubu ilə müqaviləsi başa çatan oyunçu klubu ilə sözləşməni yeniləyib. O, mövsümün sonuna qədər Sofiya təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Martin Raynov ötən ilin əvvəlindən “Levski”də çıxış edirdi.