şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Messi: “Hamıya çoxlu güc göndərirəm, argentinalılar”

09.10.2020 12:37 Oxundu 534



“Barselona”nın hücumçusu Lionel Messi dünən kapitanı olduğu Argentina millisi ilə Ekvadora qarşı keçirilən oyuna (1:0) münasibət bildirib.

Bu matç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində olub.

“CEMPİON.AZ” xəbər verir ki, o, özünün Tvitter səhifəsində yazıb: “Məlum məsələlərə görə bu il çox ağır oldu. Yenidən millidə oynamaq və qələbədən insanlara sevinc bəxş etmək insanı rahatladır. Hamıya çoxlu güc göndərirəm, argentinalılar”.

Qeyd edək ki, Argentina - Ekvador matçında yeganə qolu 13-cü dəqiqədə penaltidən məhz Messi vurub.